“Caspian Catering Service" - neft və qaz istismarı ilə məşğul olan və inkişaf edən şirkətlərə professional səviyyədə xidmətlər göstərmək məqsədi ilə yaranmiş Azərbaycan şirkətidir.2008-ci ildən başlayaraq "Caspian Catering Service" şirkəti iaşə və məişət xidmətləri sahəsində faaliyyət göstərir və bu istiqamətdə keyfiyyətli xidmətə və sağlam qida təchizatina böyuk məsuliyyətlə yanaşır.Biz dövlət və ya ozəl sektorda, dənizdə va quruda çalışan muştərilərimizə xidmət göstərməyimizlə fəxr edirik.Bizim komandamızın üzvləri 15 illik təcrübəyə, qida çatdırılmasında dərin biliyə malikdirlər, ekoloji təhlükəsizliyin əsasını və bütün incəliklərini anlayırlar. Ətraf mühitin qayğısına qalmaq işimizdə prioritetli məsələdir, və bu məsələ prinsipial xarakter daşıyır. CCS şirkətində uzunmüddətli təcrübəni keçmiş və istər dənizdə, istər quruqa müxtəlif keyterinq işlərini aparmaq üçün böyük və mehriban kollektiv işləyir. Məlumdur ki, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət işdə sağlam münasibətin əsasını təşkil edir, biz məhz belə münasibətlərin tərəfdarıyıq. Biz müştərilərimizin bütün təkliflərini nəzərə alırıq, və çalışırıq ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün əlimizdən gələni edək. İldən ilə artan müştəri sayı xidmətlərimizin yüksək səviyyədə olmasından deyir. Caspian Catering Service şirkəti üçün müştəri məmnuniyyəti ən yüksək qiymətləndirmə deməkdir!